Şimali Koreya təlim keçirərək, 4 strateji “Hvasal-2” qanadlı raketini buraxıb.
Lent.az-ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən Reuters agentliyi məlumat verib.
Agentlik yazır ki, raketlər şimal-şərqdəki Gimçaek şəhərindən Yapon dənizinə doğru atılıb.
Raketlər “təxminən 2 min kilometr uzunluğunda elliptik və səkkizlik orbitləri” keçdikdən sonra hədəfi vurub.