Seyran Ohanyanın və arvadının əmlakına  həbs qoyuldu
08 dekabr 2021 12:54 (UTC +04:00)

Seyran Ohanyanın və arvadının əmlakına həbs qoyuldu

Ermənistanın Baş Prokurorluğu “Hayastan” fraksiyasının deputatı, keçmiş müdafiə naziri  Seyran Ohanyan və həyat yoldaşının əmlakına həbs qoyub.

Lent.az Ermənistan mediasına istinadla bildirir ki, bu barədə Baş Prokuororluğun mətbuat xidməti məlumat yayıb. 

Bundan başqa, üçüncü prezident Serj Sarkisyanın mühafizəsinin keçmiş rəhbəri Vaçaqan Qazaryanın və ailəsinin də əmlakına həbs qoyulub.

“Onların hamısı araşdırmanın nəticələri ilə tanış olmaq və öz mövqelərini bildirmək üçün prokurorluğa dəvət ediliblər”, - idarədən hansı əmlaka həbs qoyulduğunu qeyd etmədən açıqlama verilib.

Prokurorluq həmçinin Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın, onun qızı, oğlu, Dövlət Əmlakının İdarə Edilməsi Departamentinin keçmiş rəhbəri, Milli Məclisin keçmiş spikeri Qalust Saakyanın oğlu Arman Saakyanın, keçmiş nazir Arman Saakyanın, keçmiş təbiəti mühafizə naziri Aram Arutyunyanın əmlakının qanuniliyini də araşdırır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1626
avatar

Oxşar yazılar