Sərxoş sürücü ana və iki körpəsini vurdu: Uşaqlardan biri ölüb
21 noyabr 2021 03:10 (UTC +04:00)

Sərxoş sürücü ana və iki körpəsini vurdu: Uşaqlardan biri ölüb

0

Rusiyanın Yeni Moskva vilayətində "QAZel" markalı avtomobil ana ilə birgə 4 yaş və 9 aylıq iki oğlunu vurub.

Lent.az Moskva Dövlət Yol Müfəttişliyinin məlumatına istinadən xəbər verir ki, uşaqlardan biri hadisə yerində ölüb. 

Hadisə axşam saatlarında Sosenskoye qəsəbəsinin Nikoloxovanskaya kəndi ərazisində baş verib.

İlkin məlumata görə, “QAZel”in 34 yaşlı sürücüsü hadisə zamanı sərxoş olub. 

Müstəntiqlər hadisənin şahidlərinin ifadəsini alıb, araşdırma davam etdirilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1934

Oxşar yazılar