Rusiyada Salexarddan Moskvaya uçan təyyarə məcburi eniş edib.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, buna səbəb təyyarənin göyərtəsində olan sərnişinlərdən biri - 1992-ci il təvəllüdlü kişinin özünü pis hiss etməsi olub.
Ekipaj komandiri Sıktıvkar hava limanına məcburi eniş etmək qərarına gəlib.
Hava limanına gələn həkim briqadası xəstənin həyatını xilas edə bilməyib.
Hadisənin təfərrüatları açıqlanmayıb.