Seks işçiləri baş naziri fahişəxanaya çağırdılar
18 noyabr 2023 16:46 (UTC +04:00)

Seks işçiləri baş naziri fahişəxanaya çağırdılar

Almaniya kansleri Olaf Şolz seks işçilərinin problemlərini həll etmək üçün fahişəxanaya dəvət edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Şolz daha əvvəl Bundestaqdakı debatda fahişəliyin azalmasının lazım olduğunu, pul müqabilində cinsi əlaqədə olmağın “normal hal hesab edilməməsi”ni və qadınların bədənlərini kişilərə satmasının onu bir feminist olaraq həmişə qəzəbləndirdiyini bildirib.

Alman Seks İşçiləri Dərnəyinin internet saytında Şolza ünvanlanan açıqlamada, “Biz sizə öz təcrübəmizi təklif etmək, Berlində bir fahişəxananı gəzməyə və müzakirə etməyə dəvət etmək istərdik” deyilir.

Həmkarlar ittifaqı, insan alveri və cinsi istismarın qəbuledilməzliyi ilə bağlı kanslerin mövqeyini bölüşdüyünü, lakin seks işçilərinin bunu iddia edildiyi kimi etmədiyini, əslində “yaxşı və dəyərli xidmətlər göstərdiyini” söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5346
avatar

Oxşar yazılar