Bahalı xalça sərilmiş boks rinqini xatırladan meydança. Xoruzlar bir-birini qana bulayır. Tamaşaçılar pul qoyduğu quşu dəstəkləyir.
Lent.az-ın xəbərinə görə, İraqın Bəsrə əyalətində xoruz döyüşü yüz illərin ənənəsidir. Döyüşdə hakimliyi 70 yaşlı “ağsaqqal” edir.
Adətən döyüş zamanı xoruz başına 50-100 dollar pul qoyulur. Xoruzlar da çox bahadır. Türkiyədən 1 xoruz təxminən 1000 dollara alınır.
Yorulub yıxılan və ya qaçan xoruz məğlub sayılır. Bəzən də xoruz sahibi özü oyunu dayandıraraq məğlubiyyətini etiraf edir.
Oyun işçtirakçılarının dediyinə görə, Səddam Hüseynin hakimiyyətə gələndən sonra ilk işi xoruz döyüşünü qadağan etmək olub. Lakin insanlar gizlicə bu ənənəni davam etdiriblər.