11 yaşlı Marina məktəbə gedərkən sahibsiz itlərin hücumuna məruz qalıb.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Çelyabinsk vilayətinin Korkino şəhərində baş verib.
Aldığı xəsarətlərdən azyaşlı komaya düşüb. Son anda 5-ci sinif şagirdinin köməyinə qonşu çatıb:
“İtlər uşağın paltarını cırıb çıxarmışdılar. Bədəninin hissələri dişlək-dişlək idi. İtləri qovmağa başladım. Qızın dərisini qoparmışdılar, baş dərisi tamamilə soyulmuşdu...”, qonşu bildirib.
Hazırda məktəbli komadadır. O, sağ qalsa, çoxsaylı plastik əməliyyatlar keçirəcək.
Regional İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.