Sağıcı qadın inəklərə ot verməyən İŞÇİNİ ÖLDÜRDÜ
07 aprel 2022 19:11 (UTC +04:00)

Sağıcı qadın inəklərə ot verməyən İŞÇİNİ ÖLDÜRDÜ

Rusiyanın Omsk vilayətində 44 yaşlı qadın sağıcı 49 yaşlı kişi işçini bıçaqlayıb öldürüb.

Lent.az Rusiya İstintaq Komitəsinə istinadən xəbər verir ki, hadisə martın 27-də axşam saatlarında baş verib.

Qadın şübhəli şəxs qismində saxlanılıb.

Məlum olub ki, qadın kişini inəklərə ot vermədiyi üçün öldürüb:

“Mal-qaraya qarşı belə münasibətdən qəzəblənən qadın sağıcı bıçaqla mala baxan işçinin döş qəfəsindən bir neçə bıçaq xəsarəti yetirib. Hazırda hadisə yerinə baxış keçirilib, bıçaq götürülüb, şübhəli şəxs dindirilib. İstintaq qadın barəsində həbs qətimkan tədbiri seçmək niyyətindədir. İstintaq davam edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2499
avatar

Rəsul SARI

Oxşar yazılar