Saatda 120 nəfər ölür: Hindistandakı COVID cəhənnəminin  ŞOK XRONİKASI
06 may 2021 11:51 (UTC +04:00)

Saatda 120 nəfər ölür: Hindistandakı COVID cəhənnəminin ŞOK XRONİKASI

Hindistanda COVID qiyaməti devam edir.
 
Lent.az xarici mediaya istinadla bildirir ki, ölkədə ölüm sayı ilə bağlı yeni kədərli bir rekord müəyyənləşib. 24 saat ərzində (5 may saat 8: 00-dək olan məlumatlar), ölkədə 3780 nəfər koronavirusdan ölüb.

Son sutkada isə Hindistanda 412,2 min yeni yoluxma qeydə alınıb. Ölüm sayında növbəti antirekord olub – 3980 nəfər ölüb

Bu gün Hindistan dünyadakı bütün koronavirus hadisələrinin təxminən yarısını və son yeddi gündə qeydə alınan dörd ölümdən birini təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, aprelin 27-dən mayın 4-dək dünyada qeydə alınan 5,7 milyon yoluxmanın demək olar 2,6 milyonu Hindistanın payına düşüb.

Həmin müddətdə dünyada COVID-19-dan ölən 93 min nəfərin 23 mini də Hindistanda qeydə alınıb.

Bu isə o deməkdir ki, son iki həftədə Hindistanda hər saatda ən azı 120 nəfər ölüb. Bu yalnız rəsmi statistikadır. Reallıqda isə COVID-19-a yoluxanların və ölənlərin sayının daha çox olduğu iddia edilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2157
avatar

Oxşar yazılar