Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvilinin müalicə aldığı klinikadan yeni görüntüləri paylaşılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, müşahidə kameraları vasitəsilə çəkilmiş kadrlarda sabiq Prezidentin halının pisləşdiyi, hərəkət etməyə çətinlik çəkdiyi və müvazinətini itirərək yıxıldığı əks olunur. Kadrların ötən il oktyabrın 6-da çəkildiyi qeyd olunub.
Saakaşvilinin vəkilləri və yaxınları onun səhhətinin hər gün daha da pisləşdiyini bildirirlər.