Saakaşvilinin  vəziyyəti ağırdır:   Həkimi DANIŞDI
28 fevral 2023 00:03 (UTC +04:00)

Saakaşvilinin vəziyyəti ağırdır: Həkimi DANIŞDI

0

Tbilisi klinikalarından birində müalicə alan Gürcüstanın keçmiş lideri Mixail Saakaşvilinin vəziyyəti ağırdır. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Gürcüstan Ombudsman Aparatının konsultasiyasının həkimi Georgi Qriqoliya bəyan edib ki, siyasətçi arıqlamağa davam edərsə, geri dönməz proseslər başlayacaq.

Həkimin sözlərinə görə, kaxeksiya getdikcə pisləşir. Saakaşvili arıqlayır, əzələ və artıq sümük toxumasının məhv edilməsi prosesi gedir. Qriqoliya bunu adekvat müalicənin olmaması ilə izah edib. 

“Belə ki, siyasətçinin çəkisi 55 kiloqrama düşərsə, geri dönüşü olmayan proseslər başlayacaq, “o, yataq xəstəsi olacaq”, - həkim xəbərdarlıq edib.

İndi Saakaşvilinin çəkisi 64 kiloqrama çatıb və daha da arıqlamaq tendensiyası davam edir.

Xatırladaq ki, siyasətçi 2021-ci il oktyabrın 1-də Gürcüstanda saxlanılıb, onun barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır. Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, Saakaşvili uzun müddət həbsdə qalacaq, o, bütün cəza müddətini çəkəcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2010

Oxşar yazılar