Rusiyaya  getməmək   tövsiyyə olundu
21 fevral 2023 05:22 (UTC +04:00)

Rusiyaya getməmək tövsiyyə olundu

0

Almaniya vətəndaşlarına Rusiyaya səfər etməmək barədə xəbərdarlıq edilib.

Lent.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik Rusiyadakı vətəndaşlarını yaxın günlərdə ehtiyatlı olmağa çağırıb.

“Rusiya Federasiyasına səyahət tövsiyə edilmir”, - deyə nazirliyin yaydığı mətndə qeyd olunub.

Eyni zamanda Almaniya Xarici İşlər Nazirliyi Ukrayna ilə həmsərhəd şəhərlərə səfərlərə qarşı xəbərdarlıq edib.

Nazirliyin məlumatında qeyd olunub ki, Belqorod, Kursk, Bryansk, Voronej, Rostov və Krasnodara getmək məsləhət görülmür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9049

Oxşar yazılar