İlkin hesablamalara görə Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Lent.az-ın xəbərinə görə, bunu Ukraynanın daxili işlər naziri deniz Monastırski televiziya ilə çıxışında bildirib.
“Biz Kiyevdə bir nəfərin öldüyünü, ölkə üzrə 6 nəfərin yaralandığını təsbit etdik. Yaralıların üçü Kiyevdədir. Lakin dəqiq məlumat sabah bəlli olacaq. Ümumilikdə 30 obyektə ziyan dəyib. Bunların arasında vacib infrastruktur obyektləri ilə yanaşı yaşayış evləri də var” – deyə nazir bildirib.