Rusiyanın elit briqadası  Ukraynada məhv edildi   - FOTO
05 oktyabr 2022 19:13 (UTC +04:00)

Rusiyanın elit briqadası Ukraynada məhv edildi - FOTO

Rusiya Baş Qərargahının Baş İdarəsinin elit 3-cü Qvardiya Briqadası Liman şəhərini azad edilməsi zamanı ciddi itkilər verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə “BBC News”in Rusiya xidməti məlumat yayıb.

Bildirilir ki, ən azı 9 rusiyalı məhv edilib, biri isə ağır yaralanıb. 

Rusiya hərbçilərinin yaxınları da sosial şəbəkələrdə sentyabrın sonu və oktyabrın əvvəllərində Baş Kəşfiyyat İdarəsinin demək olar ki, bütün briqadasının həlak olması barədə məlumat veriblər.

"Xüsusi təyinatlıların üçüncü xüsusi təyinatlı briqadası hamısı öldürülüb. Onları ətçəkən maşına atıblar. Nə yaxşı adam idin. 19 yaşı vardı", - mərhumlardan birinin bacısı mesajlarda bildirib.

Qeyd edək ki, belə hərbi birləşmələr SSRİ dövründən ən mühüm tapşırıqları yerinə yetiriblər.

Digər məlumata görə, Ukraynada Tolyattidə yerləşən 3-cü Xüsusi Təyinatlı Briqadanın döyüşçüləri məhv edilib.

“Ukrayna hərbçiləri Baş Kəşfiyyat İdarəsi 3-cü briqadasının 6 xüsusi təyinatlısını məhv edib”.

Bu barədə InformNapalm könüllülər beynəlxalq birliyi məlumat yayıb.

Onların hamısının Liman yaxınlığında məhv edildiyi bildirilir. 

Məhv edilənlərin adları da açıqlanıb:

•    Yuri Filatov
•    Andrey Şorin 
•    Vyaçeslav Zintsov
•    Viktor Qorobets
•    Yevgeni Şiqirdanov
•    Aleksey Çindin

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4059
avatar

Oxşar yazılar