Rusiyada koronavirusun “Delta” variantı sürətlə yayılır
01 iyul 2021 17:05 (UTC +04:00)

Rusiyada koronavirusun “Delta” variantı sürətlə yayılır

Rusiyada koronavirusun “Delta” variantı sürətlə yayılmağa davam edir. Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, epidemiyanın başlanğıcından bəri Rusiyada ən yüksək gündəlik ölüm sayı qeydə alınıb. Rusiyada süni nəfəs aparatına qoşulmuş koronavirus xəstələrinin 90 faizi yeni “delta” ştamına yoluxanlardı. Məlumata görə, ölkədə son 24 saat ərzində 672 nəfər virus səbəbi ilə həyatını itirib. Rusiyada ümumi xəstəliyə yoluxanların sayı 5 milyon 500 mini keçib. Paytaxt Moskvada, 17 yanvardan bu günədək yoluxma sayı ən yüksək həddə çatıb. Rusiyada, Prezident Vladimir Putinin göstərişi ilə 18 yanvarda kütləvi peyvəndlənmə prossesi başlanılıb. İnsanların sıx məskunlaşdığı Moskva və Peterburqda, dövlət və xidmət sektorlarında işləyənlərin çox hissəsindən koronavirus peyvəndi olunması ciddi şəkildə tələb olunur. Rusiya Səhiyyə naziri Mixail Muraşko artıq 23 milyondan çox insanın koronavirus əleyhinə peyvənd olunduğunu açıqlayıb.

Sevinc Nurəddinova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2157
avatar

Oxşar yazılar