Bu ilin 9 ayı ərzində Rusiyada baş verən avtomobil qəzalarının 60 faizini əcnəbilər törədib.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə ölkənin DİN-in yol-nəqliyyat qəzaları ilə bağlı arayışında bildirilir. Arayışdan bəlli olur ki, ən çox qəza törədən Ermənistan, Özbəkistan və Azərbaycan vətəndaşlarıdır.
Ən ehtiyatlı maşın sürənlər isə beloruslar və qazaxlardır.