Fevralın 13-dən fevralın 17-dək Rusiyanın Avropa hissəsində “Regular-92” markalı benzinin birja qiyməti təxminən 10%, “Premium-95” markalı benzinin qiyməti isə 8% artıb.
Lent.az-ın məlumatına görə, bunu Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjasının (SPİMEX) məlumatları təsdiq edir.
Saytın statistikasına görə, Aİ-92-nin qiyməti 2022-ci ilin oktyabr ayından bəri ilk dəfə olaraq kəskin artaraq 1 ton üçün 38 362 rubl təşkil edib. Aİ-95 markalı benzinin 1 tonun qiyməti 41 731 rubla çatıb.
Bundan əlavə, yay Dizel yanacağının 1 tonun qiyməti təxminən 4% artaraq 44 574 rubla çatıb.