Rusiya təcavüzkarlarının Xarkov vilayətinin Kupyan rayonunun Qroza kəndini atəşə tutması nəticəsində azı 48 dinc sakin həlak olub.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə Prezident Aparatının rəhbəri Andrey Yermak Telegram-da məlumat verib:
“Ruslar Kupyan rayonunun Qroza kəndində mülki obyekti atəşə tutublar. İlkin olaraq 48 nəfərin öldüyü məlumdur. Onların arasında 6 yaşlı uşaq da var. Həmçinin 1-i uşaq olmaqla altı yaralı var. uşağı. Dağıntılar arasında axtarışlar davam edir”.
Öz növbəsində prezident Vladimir Zelenski rusların yerli mağazaya raket hücumu təşkil etdiyini bildirib:
“Xarkov vilayətinin Kupyanski rayonu... Ailəsini və dostlarını itirənlərin hamısına başsağlığı verirəm!”. Zelenski Rusiya terroruna son qoymağa çağırıb.