Rusiya hərbçiləri ukraynalı jurnalisti  EDAM ETDİLƏR
22 iyun 2022 16:17 (UTC +04:00)

Rusiya hərbçiləri ukraynalı jurnalisti EDAM ETDİLƏR

Ukraynalı jurnalist, fotoqraf Maks Levin və onun əsgər dostu Aleksey Çernışev edam edilib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sərhədsiz Reportyorlar Birliyi hesabat yayıb.

Məlumata görə, Kiyev ətrafında rusların əsirliyinə düşən jurnalistlə onun əsgər dostu uzun sürən sorğu-sualdan və işgəncədən sonra yandırılıb. Yandırılmış meyitləri isə güllələyiblər.

# 3093
avatar

Fidan İlqar

Oxşar yazılar