Rusiya bu qurumdan  çıxmaq fikrində deyil
28 fevral 2023 03:14 (UTC +04:00)

Rusiya bu qurumdan çıxmaq fikrində deyil

Rusiya Ümumdünya Ticarət Təşkilatına üzvlükdən imtina etmək fikrində deyil. Belə bir addım milli iqtisadiyyatın süni şəkildə özünü təcrid etməsinə gətirib çıxara bilər. 

Lent.az-ın xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

Diplomat vurğulayıb ki, Rusiya Federasiyasının ÜTT-dən mümkün çıxması beynəlxalq əmək bölgüsü proseslərindən faktiki olaraq özünü kənarlaşdırmaq demək olacaq. Bu hal qlobal istehsal və marketinq zəncirlərində iştirakın azalmasına gətirib çıxara  bilər. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422
avatar

Oxşar yazılar