Rusiya  ballistik raket   atıb
23 fevral 2023 04:12 (UTC +04:00)

Rusiya ballistik raket atıb

0

Amerika Birləşmiş Ştatları Rusiyadan qitələrarası ballistik raketi sınaqdan keçirməyi planlaşdırdığı barədə bildiriş alıb.

Lent.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında məlumat verilib.

“Biz START-3 müqaviləsinin prosedurları vasitəsilə Rusiyanın qitələrarası ballistic raketi sınaqdan keçirəcəyi barədə məlumat aldıq”, - deyə Pentaqonun nümayəndəsi Sabrina Sinq brifinqdə bidirib.

O əlavə edib ki, bildiriş həftəsonu alınıb.

Fevralın 21-də CNN adı çəkilməyən ABŞ rəsmilərinə istinadən xəbər verib ki, Rusiya ABŞ prezidenti Co Baydenin Kiyevə səfəri ərəfəsində raket sınağı keçirib. 

Məlumata görə, buraxılış uğursuz olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2560

Oxşar yazılar