Roma Papası  ölüm ayağındadır   – İDDİA
19 fevral 2025 14:28 (UTC +04:00)

Roma Papası ölüm ayağındadır – İDDİA

88 yaşlı Roma Papası Fransisk ağır bronxit səbəbiylə təcili yerləşdirildiyi Roma xəstəxanasındadır.

Lent.az bildirir ki, “Politico”nun məlumatına görə, pontifikə yaxın mənbələr onun ciddi böhran keçirdiyini və bu dəfə onun üçün ölümcül ola biləcəyi ilə bağlı qorxularını özəl olaraq bildiriblər.

Fransisk tənəffüs yolu infeksiyası ilə bağlı fəsadlarla ixtisaslaşmış tibb müəssisəsinə aparılıb. Papanın gəncliyində ağciyərin bir hissəsinin çıxarılması ilə ağırlaşan bronxit mürəkkəb polimikrob infeksiyaya çevrilib. Vatikan rəsmiləri klinik mənzərənin nikbinlik üçün çox az səbəb olduğunu rəsmən etiraf ediblər.

Vəziyyətlə tanış olan mənbələr qeyd edir ki, Fransisk şiddətli ağrılar keçirir və məxfi söhbətlərdə bu böhrandan sağ çıxa bilməyəcəyindən narahatlığını bölüşür. Həkimlər onun fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmağa məcbur olublar: keçən həftə ona hətta müalicə zamanı nadir hallarda qaçırdığı ənənəvi səhər Angelus duasını oxumağı belə qadağan ediblər.

Nəşrin yazdığına görə, Papanın özü xəstəxanaya yerləşdirilməyə müqavimət göstərib və iqamətgahında qalmağa üstünlük verib, lakin həkimlər onu real ölüm riski barədə xəbərdarlıq edərək, müalicəyə kritik ehtiyac olduğuna inandırıblar. Səhhəti pisləşdikcə, Fransisk mühüm layihələri həyata keçirməyə və tərəfdarları arasında əsas təyinatlar etməyə başlayıb.

2013-cü ildə Papa olandan bəri Fransisk kilsəni daha əhatəli etməyə, qadınlara və LGBT+ icmasının üzvlərinə daha çox səlahiyyətlər verməyə çalışıb. Onun təşəbbüsləri islahatların kifayət qədər radikal olmadığı həm mühafizəkarlar, həm də liberal katoliklər arasında güclü reaksiyaya səbəb olub. Onun pontifikatında xüsusi yeri katolik ruhaniləri arasında cinsi cinayətlərə qarşı mübarizə tutub, lakin bu səylərin nəticələri mübahisəli olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888

Oxşar yazılar