Qonşu ölkədə "MU" ştammına yoluxan 2 nəfər aşkarlandı
09 sentyabr 2021 23:35 (UTC +04:00)

Qonşu ölkədə "MU" ştammına yoluxan 2 nəfər aşkarlandı

“COVID-19-un yeni vairantları sürətlə yayılır, bu bəladan qurtulmağın yolu tam mərhələdə peyvənd olunmaqdır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaradılan Elmi Şuranın növbəti iclasdan sonrakı açıqlamasında bildirib.

Nazir deyib ki, İstanbulda koronavirusun yeni (B.1.621) “Mü” ştammına yoluxan 2 xəstə var. F.Qoca onların koronavirusa qarşı peyvənd olunmadıqlarını, hazırda nəzarətdə alındıqlarını və səhhətinin normal olduğunu deyib: “Mü” ştammında xəstələrin daha ağır vəziyyətdə olduğunu bilirik, amma bizim iki xəstəmizdə hazırda belə ağırlaşdırıcı hal yoxdur”.

Nazir hazlrda COVID-19-un "Delta" ştammına Türkiyədə 90 faiz rast gəlindiyini də vurğulayıb.

# 1377
avatar

Oxşar yazılar