Bu gün səhər İtaliyanın cənub sahillərində miqrantları aparan qayıq aşıb.
Lent.az ANSA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 58 nəfər həlak olub.
İlkin məlumata görə, qayıqda 100 nəfər şəxs olub. Onların Əfqanıstan, İran və Pakistandan olduğu bildirilir.
Nəşrin məlumatına görə, qayıq əlverişsiz hava şəraitində batıb.