Qayığın batması nəticəsində 39 nəfər itkin düşdü
26 yanvar 2022 08:33 (UTC +04:00)

Qayığın batması nəticəsində 39 nəfər itkin düşdü

ABŞ Sahil Mühafizəsi Florida sahillərindən təxminən 70 km aralıda batan qayığın göyərtəsində olduğu güman edilən 39 nəfərin axtarışına başlayıb.

Lent.az xəbər verir ki, bu barədə Sahil Mühafizəsi özünün "Twitter" səhifəsində məlumat yayıb. 

Naməlum şəxs səhər saatlarında qayığın batması nəticəsində sağ qalan bir nəfəri dənizdə xilas etdiyi barədə səlahiyyətlilərə məlumat verib. Xilas edilən şəxsin sözlərinə görə, o, 39 nəfərlə birlikdə ötən şənbə günü Baham adalarından ayrılıblar. Bir müddət sonra onların qayığı Florida sahillərindən təxminən 70 km aralıda fırtına nəticəsində batıb.

Axtarış əməliyyatına çox sayda qayıq və təyyarə cəlb edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1185
avatar

Oxşar yazılar