Rusiyanın Omsk vilayətində dəhşətli cinayət baş verib.
Lent.az İstintaq Komitəsinin məlumatına istinadən xəbər verir ki, karate üzrə qara kəmər ustası Jivoder soyadlı idmançı qeyri-nikahda yaşadığı qadının 9 aylıq körpəsinin baş və ayaq nahiyəsinə güclü zərbələr endirib.
Azyaşlı aldığı zərbələrdən şoka düşüb. Onu dərhal xəstəxanaya yerləşdiriblər. Uşağın vəziyyətinin ağır olduğu bildirilir.
Məhkəmə körpəyə işgəncə verməkdə şübhəli bilinən idmançını iki ay müddətinə həbs edib.
Hazırda istintaq davam edir.