Rusiyanın Yaroslavl şəhərində polis qadın paltarı geyinərək yaşlı təqaüdçüləri aldadan 35 yaşlı Mari El Respublikasından olan şəxsi saxlayıb.
Lent.az yerli mediaya istinadən bildirir ki, həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci (“Soyğunçuluq”) və 159-cu (“Dələduzluq”) maddələri ilə cinayət işi başlanıb. İstintaqın məlumatına görə, qadın geyimində olan təqsirləndirilən şəxs özünü pensiyaçıya sosial işçi kimi təqdim edərək, yeni pul islahatından danışıb və nağd pulun dəyişdirilməsini təklif edib. Zərərçəkmiş dələduzu evə buraxıb, orada tapdığı bütün pulları zarafat bank bileti ilə dəyişdirib.
Ümumilikdə, kişi üç qoca qadından bir milyon rubldan çox pul oğurlayıb. İki halda 35 yaşlı dələduza kömək edildiyi ehtimal olunur. Ona kömək etməkdə şübhəli bilinən şəxs də həbs edilib.