Qadın kimi bəzənib  gizlənirdi: axtarışda olan polis tutuldu
03 yanvar 2026 09:26 (UTC +04:00)

Qadın kimi bəzənib gizlənirdi: axtarışda olan polis tutuldu

0

Hindistanda yeniyetmənin zorlanmasında ittiham olunan sabiq polis əməkdaşı saxlanılıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə dekabrın 15-də Dholpur rayonunda baş verib. İstintaqın məlumatına görə, Rambharoz adlı vəzifəsindən uzaqlaşdırılmış sabiq polis əməkdaşı 16 yaşlı qızı və onun qardaşını guya işlə təmin edəcəyi bəhanəsi ilə evinə dəvət edib. Gənc oğlanı mağazaya göndərdikdən sonra yeniyetməyə qarşı cinayət törədib.

Zərərçəkmişin qışqırıqlarına qonşular toplaşsa da, şübhəli şəxs hadisə yerindən qaçmağa müvəffəq olub. Axtarış zamanı məlum olub ki, o, həbsdən yayınmaq üçün mütəmadi olaraq xarici görünüşünü və yerini dəyişib, özünü müxtəlif yüksək vəzifəli şəxslər kimi təqdim edib. Saxlanılma Vrindavan şəhərində baş verib. Həbs anında təqsirləndirilən şəxs qadın geyimində olub, o cümlədən çadra geyinib və kosmetik vasitələrdən istifadə edib.

Məlumatda qeyd olunur ki, ittiham olunan şəxs daha əvvəl uşaqlara qarşı cinsi zorakılıqla bağlı işlərin araşdırılması çərçivəsində polis orqanlarından xaric edilib, həmçinin qadınlara qarşı cinsi təcavüz halları ilə bağlı bir sıra epizodlarda adı hallanıb.

Hazırda o, həbsdə saxlanılır və məhkəməni gözləyir. Hindistan qanunvericiliyinin müvafiq maddəsinə əsasən, onu ömürlük həbs cəzası gözləyir. İstintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 606

Oxşar yazılar