ABŞ sakini bilet alarkən səhvə görə lotereyadan 50 min dollar udub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Merilend ştatının Solsberi şəhərindən olan bir qadın yerli lotereyanın təşkilatçılarına öz diqqətsizliyi ucbatından qalib olduğunu söyləyib. O, 2 dollara ani tiraj bileti almaq istəyib, lakin təsadüfən 20 dollar dəyərində bilet alıb.
Bir dəqiqədən sonra amerikalı qadın anlayıb ki, səhvi sayəsində böyük məbləğdə pul qazanıb. O, baş verənlərə hələ də inana bilmədiyini və mükafatdan necə istifadə edəcəyini hələ bilmədiyini bildirib.