Rusiyanın Çeboksarı şəhərində hərəkətdə olan mikroavtobus sürücüsünə bıçaqla hücum olub.
Lent.az yerli mətbuata istinadən xəbər verir ki, dəhşətli cinayət ölkənin sosial şəbəkələrində böyük ictimai rezonansa səbəb olub.
İstintaq Komitəsinin yaydığı məlumata görə, avtobusda qabaq oturacaqda əyləşən qadın qəfildən sürücüyə hücum edərək, əlindəki bıçağı onun boynuna sancıb.
Bu zaman sürücü özünü itirməyib. Avtobusu yolun kənarında saxlamağı bacarıb və huşunu itirib.
Hadisə yerinə gələn polislər qadını həbs edib. Sürücü xəstəxanaya yerləşdirilib, həkimlər onun həyatını xilas edə biliblər.
Araşdırma zamanı məlum olub ki, qadın ruhi xəstədir. Hazırda o, məcburi müalicə üçün xəstəxanaya göndərilib.