Putinin sevgilisi ABŞ-ı qorxutdu:   Avropa sanksiyalar tətbiq edir
08 may 2022 17:12 (UTC +04:00)

Putinin sevgilisi ABŞ-ı qorxutdu: Avropa sanksiyalar tətbiq edir

Avropa İttifaqı Vladimir Putinin sevgilisi olduğu iddia edilən gimnast Alina Kabayevaya sanksiya tətbiq etmək üçün qollarını çırmalayıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ABŞ-ın isə Kabayevanı sanksiya siyahısına daxil etməkdə tərəddüd etdiyi bildirilir.

Amerikanın CNN televiziyasının Avropa Komissiyasının mənbələrinə əsaslanaraq verdiyi xəbərdə sanksiya siyahısına salınacaq adlarla bağlı müzakirə aparıldığı, lakin adları açıqlanmayan diplomatlara görə, bu qərar sadə bir iş deyil. Kabayeva keçən ay SSRİ-nin İkinci Dünya Müharibəsində nasizm üzərində qələbəsini Putinin işğalı ilə müqayisə etdikdən sonra “hədəfdə olan insanlar” siyahısına əlavə edilib.

Sanksiya təklifində Kabayeva Putinin təbliğat maşınını yaradan və demək olar ki, bütün Rusiya dövlət mediasında əhəmiyyətli paya malik olan Milli Media Qrupunun idarə heyətinin sədri kimi göstərilir. Sənəddə qeyd olunur ki, keçmiş gimnast və Dövlət Dumasının keçmiş deputatının “prezident Vladimir Putinlə yaxın münasibəti var”.

Bu il 70 yaşı tamam olacaq Rusiya lideri 2008-ci ildən bəri Olimpiadanın qızıl medalçısı, 38 yaşlı Kabayeva ilə münasibətlərini inkar edib. Münasibətlərini ilk dəfə yazan Moskva qəzeti isə bu xəbərdən az sonra bağlanıb.

WS Journal isə keçən ay dərc etdiyi xəbərdə Vaşinqtonun Kabayevaya qarşı sanksiyaları nəzərdən keçirdiyini bildirib. Xəbərdə Vaşinqtonun 11 saatlıq danışıqlar prosesindən sonra Kabayevanın yeni sanksiyalar paketindən çıxarıldığı bildirilib.

Digər tərəfdən, “The Guardian” qəzeti ABŞ rəsmilərinin Putinin bunu şəxsi hücum kimi qiymətləndirə biləcəyindən ehtiyat edərək Kabayevaya qarşı sanksiyaları dayandırdığını yazıb.

Ağ Evin sözçüsü Cen Psaki, sözügedən xəbərə istinadla verilən suala "Bizim sanksiyalardan heç kim güvənli deyil. Yəqin ki, görəcəyimiz daha çox işimiz var" deyə cavab verib.

Fevralın 24-də Moskvanın Ukraynaya müdaxiləsindən sonra ABŞ Putinə, onun yaxın çevrəsinə, hətta qızları Katerina Tixonova və Mariya Vorontsovaya qarşı sanksiyalar tətbiq edib.

Prezident Bayden də keçən ay deyib ki, Putin "hətta hakimiyyətdə qala bilməyəcək. Lakin Kabayeva Putinə o qədər yaxındır ki, hesabata görə, ona qarşı sanksiyalar Vaşinqton və Moskva arasında münasibətləri daha da gərginləşdirə bilər".

Adının çəkilməsini istəməyən Bayden administrasiyasının rəsmisi deyib: “Qərb Putinin çevrəsini və ailə üzvlərini hədəfə alıb. Çünki Putin, onun yaxın çevrəsi və bir çox oliqarxlar öz sərvətlərini ailə üzvləri ilə birlikdə gizlədirlər”.

ABŞ-dan əvvəlki açıqlamalarda Putinin var-dövlətini ailə üzvlərinin adına keçirdiyi və sərvətlərini onların vasitəsilə gizlətdiyi vurğulanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5085
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35