Putinin keçmiş həyat yoldaşı sanksiya siyahısında 
18 iyun 2025 13:03 (UTC +04:00)

Putinin keçmiş həyat yoldaşı sanksiya siyahısında 

Kanada hökuməti Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila və ölkənin keçmiş prezidenti Boris Yeltsinin qızı Tatyana Yumaşevanı sanksiya siyahısına əlavə edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, onların adları Kanada hökumətinin saytında yerləşdirilən sənədlərdə göstərilir.

Orada qeyd edilir ki, məhdudiyyətlər əvvəllər Putinin soyadını daşıyan və qızlıq soyadı Şkrebneva olan Lyudmila Aleksandrovna Oçeretnaya qarşı tətbiq edilir. 

Onun Vladimir Putinlə evliliyi 1983-cü ildən 2013-cü ilə qədər davam edib. Onun hazırkı əri Artur Oçeretnı da sanksiyalara məruz qalıb.

Kanadanın siyahısında Rusiya prezidentinin uzaq qohumları da var. Söhbət Mixail Putin və Mixail Şelomovdan gedir. Sanksiya siyahısına Tatyana Yumaşeva ilə yanaşı onun üçüncü əri Valentin Yumaşev də daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar