Sızdırılan sənədlərə görə, Roman Abramoviçlə əlaqəli bir şirkət 1970-ci illərdə İsrailə mühacirət etmiş Putinin yaşlı müəlliminə mənzil almaq üçün dörddə bir milyon dollar köçürüb. Abramoviç illərdir Rusiya hökuməti ilə hər hansı maliyyə əlaqəsini inkar edirdi.
Lent.az bildirir ki, “Kanal 12”nin dərc etdiyi araşdırma göstərir ki, Putinin 2005-ci ildə İsrailə səfərlərləinin birindən əvvəl onun keçmiş müəllimi Rusiya prezidentinə mesaj çatdırmaq üçün bu ölkənin səfirliyinə yaxınlaşıb. O, Putinin özünün iştirak etdiyi tədbirə dəvət olunub və "sevimli alman dili müəllimini" dərhal tanıyıb.
Onların görüşü çox emosional keçib və sonrakı günlərdə bir rus diplomat qadına baş çəkib və prezident Putinin ona Tel-Əvivdə mənzil almaq qərarına gəldiyini bildirib.
Sızdırılan sənədlər göstərir ki, mənzilin təqribən dörddə bir milyon dollarlıq ödənişi İsrail vətəndaşı və milyarder Roman Abramoviçə məxsus şirkət tərəfindən həyata keçirilib.
Sənədlər Kiprin “Meritservus” şirkətindən sızdırılıb. İstintaqın məlumatına görə, bu şirkət Abramoviçə 20 ilə yaxın müxtəlif idarəetmə xidmətləri göstərib.
Sızdırılan sənədlər müəllim üçün mənzilin tarixçəsini də ortaya qoyur. 2005-ci ilin iyununda, Putinin İsrailə səfərindən təxminən iki ay sonra bir qadın N.P. adlı bir şirkətdən 245 min dollar aldığı müqavilə imzalayıb. Gemini Holdings Limited, həmçinin Kiprdə də qeydiyyatdan keçmişdir. Vergi orqanlarının məlumatına görə, mənzil təxminən 208 min dollara alınıb ki, bu da müəllimin aldığı məbləğdən bir qədər azdır.
Bildirilir ki, qadın bir neçə il əvvəl dünyasını dəyişib və mənzili Rusiya səfirliyinə vəsiyyət edib. Mənzil hazırda boşdur.