Pula qənaət üçün uçuşlarınızı bu günə salın 
30 sentyabr 2023 11:31 (UTC +04:00)

Pula qənaət üçün uçuşlarınızı bu günə salın 

Mütəxəssislər pula qənaət üçün təyyarə ilə uçuşun ən yaxşı vaxtını açıqlayıblar.

Lent.az xəbər verir ki, əlçatan olması üçün beynəlxalq uçuşu təxminən 60 gün əvvəldən (və 4 aydan çox olmayaraq) bron etmək tövsiyə olunur. 

Uçuş bron etmək üçün həftənin ən ucuz günü bazar günü, ən bahalısı isə cümə günüdür. Bu günlərə diqqət etməklə səyahət etmək istəyənlər orta hesabla 13%-ə qədər ucuz bilet əldə edə bilirlər.

16%-ə qədər qənaət etmək üçün uçuşunuzu cümə axşamına planlaşdırmaq və bazar günü səyahətdən çəkinmək tövsiyə olunur. Çünki bu, səyahətə başlamaq üçün orta hesabla ən bahalı gündür.

Turistlər saat 15:00-da yola düşməklə gecikmələrin və ləğvlərin təsirini minimuma endirə bilərlər. Statistikaya görə, saat 15:00-dan sonra uçan reysin ləğv olunma ehtimalı əvvəlki dövrlə müqayisədə 50% çoxdur.

Ölkədaxili biletləri uçuşdan 28 gün əvvəl sifariş etmək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2946

Oxşar yazılar