Prokurorlar Xameninin həbsini  tələb edir
10 aprel 2025 13:28 (UTC +04:00)

Prokurorlar Xameninin həbsini tələb edir

Argentina prokurorları 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzinin partladılması ilə bağlı İranın ali dini lideri Ayətullah Əli Xamneyini həbs etməyə çağırıb.

Lent.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

“Prokuror Sebastian Basso federal hakim Daniel Rafekasdan İranın ali dini lideri Əli Hüseyni Xamenei üçün milli və beynəlxalq həbs orderi verilməsini istəyib”, - hesabatda qeyd olunur.

Xüsusilə, Basso İranın ali dini liderinin insidentdə mümkün iştirakını yoxlamaq istəyir. Lakin məqalə müəlliflərinin qeyd etdiyi kimi, bu, Buenos-Ayreslə Tehran arasında münasibətləri xeyli pisləşdirə bilər.

Xatırladaq ki, Argentina Yəhudi Mədəniyyət Mərkəzində partlayış 1994-cü il iyulun 18-də paytaxt Buenos-Ayresdə baş verib. Ölkə tarixində ən irimiqyaslı terror aktı nəticəsində 85 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. Hücuma görə günahı Livanın şiə Hizbullah hərəkatı üzərinə götürüb. Ötən il aprelin 24-də Argentina beynəlxalq order verib və İranın daxili işlər naziri Əhməd Vahidinin hadisədə əli olmaqda şübhəli bilinərək həbsini tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1978

Oxşar yazılar

"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular

575 bal yığan abituriyenti evdən qovdular

17 iyul 2025 , 15:09
NASA “super-Yer” planeti kəşf etdi

NASA “super-Yer” planeti kəşf etdi

17 iyul 2025 , 04:11