Cənubi Koreya prezidentliyinə namizədin Yun Suk Yolun arvadı ay ərzində ikinci qalmaqallı açıqlamasını verib.
Lent.az-ın xəbərinə görə, mühafizəkar Xalq üçün Hakimiyyət Partiyasının namizədinin arvadı Kim Keon-hi bildirib ki, əri seçiləcəyi təqdirdə tənqid yazan jurnalistləri həbs etdirəcək.
Yerli qəzetlərdən birinə müsahibəsində qadın ərini tənqid edən jurnalistlər barədə bunu deyib: “Mən Mavi Evə (Koreya prezidentinin iqamətgahı – red.) ayaq basan kimi onların hamısını həbsxanaya yollayacam”.
O həmçinin vurğulayıb ki, ərinin hakimiyyəti dövründə bütün tənqidi media təqib olunacaq: “Bizim göstəriş verib-verməməyimizdən asılı olmayaraq polis onlara qarşı ittiham irəli sürəcək”, - deyə Kim Keon-hi xəbərdarlıq edib.