Böyük Britaniyanın paytaxtı Londonda polis silahlı şəxsi güllələyib.
Lent.az-ın xəbərinə görə, polisə silahlı şəxsin banka girməsi barədə məlumat daxil olub.
Bundan sonra polis şübhəli şəxsin avtomobilini şahzadə Vilyamsın iqamətgahı yaxınlığında saxlamaq istəsə də, o, əmrə tab olmayıb. Polis odlu silah tətbiq edərək onu yaralayıb. Yerində tibbi yardım göstərilsə də, ağır yaralanan şəxsi xilas etmək mümkün olmayıb.
Polis hadisənin terror aktı olmadığını bildirib.