Polis 40 deputatın avtomobilini cərimə meydançasına apardı - BİR GÜNDƏ
14 noyabr 2021 00:27 (UTC +04:00)

Polis 40 deputatın avtomobilini cərimə meydançasına apardı - BİR GÜNDƏ

Konqo Demokratik Respublikasında (KDR) qeyri-adi hadisə baş verib.

Lent.az-ın Konqo mətbuatına istinadla xəbərinə görə, hökumətin 40 deputata verdiyi avtomobillər ertəsi gün onların əlindən alınıb.

Avtomobillərin nömrə nişanı olmadığı üçün polis onların hamısını cərimə meydançasına aparıb. Parlament sədri Kristof Mboso Nkodianın müdaxiləsindən sonra nəqliyyat vasitələri azad edilsə də, sənədləşmə başa çatanadək onların istismarı qadağan edilib. Nkodia deputatlara xəbərdarlıq etməyi də unutmayıb: “sizi xalq seçib. Qəbul etdiyiniz qanunlara ilk növbədə özünüz əməl etməlisiniz”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3689

Oxşar yazılar