PKK bu ölkədə  maliyyə toplayır 
26 fevral 2023 00:51 (UTC +04:00)

PKK bu ölkədə maliyyə toplayır 

İsveçin Təhlükəsizlik Polisi (SÄPO) PKK-nın digər ölkəyə qarşı təxribat üçün İsveçdə maliyyə topladığını təsdiqləyib.

Lent.az "SVT" telelanalına istinadən xəbər verir ki, bu barədə SÄPO-nun terrorla mübarizə üzrə rəhbərinin müavini Susanna Trehörning deyib.

"Biz görürük ki, onlar başqa ölkədə və ya İsveçdə terror fəaliyyətlərini dəstəkləmək üçün çağırış, cəlb etmə və terrorun maliyyələşdirilməsi ola biləcək dəstəkləyici fəaliyyətlər həyata keçirirlər".

O, hansı şəxslərin və qrupların bununla məşğul olduğunu daha ətraflı cavablandırmasa da, "Potensial olaraq mühakimə etdiyimiz şəxslərin bu cür hərəkətləri etmək niyyəti var.  Biz təhlükədən başlayırıq, onları cəmiyyətdə və ya başqa strukturda tapmaqdan yox", deyə bildirib.

Susanna Trehörninq PKK-nın İsveçdə əhəmiyyətli dərəcədə terror maliyyələşdirməsi ilə məşğul olduğunu təsdiqləyib: "Dəqiq məbləğlər deməyəcəyəm lakin bu, kifayət qədər böyük məbləğdir".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1866
avatar

Oxşar yazılar