“Reallıq budur ki, 44 günlük müharibədə 11 min fərarimiz olub”.
Lent.az-ın xəbərinə görə, bunu Tavuşa səfər zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bildirib.
Erməni kişilərdən şikayətlənən Anna Akopyan deyib ki, Silahlı Qüvvələrin komandanı 44 günlük müharibə zamanı könüllüləri cəbhəyə çağırıb: “Ancaq çoxları çağırışa gəlmədi, cəbhəyə getmədi. Mən nümunə üçün qadınlardan ibarət silahlı bölük formalaşdıran zaman da bunun neqativ qarşılandığını gördüm”.
O qeyd edib ki, hazırda müttəhimlər kürsüsündə müharibə zamanı Azərbaycan tərəfə məlumat ötürən zabitlər və əsgərlərin olduğu bir çox məhkəmə işləri var.