Çilidə müxalif Sosialist Partiyasından olan deputatın parlamentdəki çıxışı 15 saat çəkib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, deputat Xaime Naranxo Çili prezidenti Sebastyan Pineyranın impiçmentiylə bağlı məruzəyə bu qədər vaxt sərf edib.
Məruzə 1300 səhifədən ibarət olub. Deputat məruzə zamanı iki dəfə fasilyə çıxıb. Halı pisləşib. İki dəfə həkimlər onu müayinə etməyə məcbur olublar.