Parisdə bıçaqlı hücum nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb.
Lent.az-ın məlumatına görə, bu barədə “France-Presse” Fransanın daxili işlər naziri Jerar Darmaninə istinadla məlumat verib.
Hücum edən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, Fransa vətəndaşıdır və psixi pozğunluqlardan əziyyət çəkir.