İngiltərənin paytaxtı Londonda “Insulate Britain” adlı ekoloji qrupunun üzvləri maraqlı aksiya keçirib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, britaniyalı fəallar özlərini yerə yapışdırıblar.
Onlar dövlətin iqlim dəyişikliyinə qarşı laqeyd yanaşmasına etiraz etmək üçün parlamentə gedən küçə və prospektləri bağlayıblar. Aktivistlərin bu hərəkəti nəqliyyatın hərəkətini iflic edib.
Metropoliten polisi açıqlamasında 34 nəfərin saxlanıldığını bildirib.