Özbəkistanın Buxara vilayətinin ərazisində 5 maqnitudalı zəlzələ olub.
Lent.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:57-də (Bakı vaxtı ilə 02:57-də) baş verib. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.