Öldüyü deyilən şəxs morqda ayıldı
22 noyabr 2021 06:12 (UTC +04:00)

Öldüyü deyilən şəxs morqda ayıldı

0

Hindistanda qeyri-adi hadisə baş verib.

Lent.az-ın xəbərinə görə, Dehlidə motosiklet vuran şəxs xəstəxanaya çatdırılıb. 

Müayinə zamanı cərrah onun öldüyünü bildirib. Polisə təhvil verilmək üçün “meyit” xəstəxananın soyuducu kamerasına yerləşdirilib.
Təxminən 6 saat sonra “meyiti” təhvil almağa gələn polis və qohumlar gözlərinə inanmayıblar. 45 yaşlı kişi tərpənirdi və həyat əlamətləri vardı. Yenidən xəstəxanaya yerləşdirilən kişi reanimasiyadadır. Fakt araşdırılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2055

Oxşar yazılar