Çinin şərqindəki Zhejyanq əyalətində oğluna ev tapşırıqlarını yerinə yetirməkdə kömək edən kişi emosional stress səbəbindən infarkt keçirib.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, onun ölümünə vaxtından əvvəl ürək-damar xəstəliyi səbəb olub. Zhanq dərhal xəstəxanaya aparılıb və ona kəskin miokard infarktı diaqnozu qoyulub.
Qeyd olunur ki, 40 yaşlı kişi tez-tez oğlunun dərslərini yoxlayır və hər axşam əlavə dərslər təşkil edirmiş.