Oğlanı  zorla içirdib   sosial şəbəkədə biabır etdilər
05 aprel 2023 11:39 (UTC +04:00)

Oğlanı zorla içirdib sosial şəbəkədə biabır etdilər

ABŞ-da bir qrup gənc tərəfindən xəstəxanaya yerləşdirilən Trent Lehrkamp sərxoş halda komaya düşüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, ancaq gənclərin sosial şəbəkələrdəki paylaşımları Trentin dəhşətli zorakılığın qurbanı olduğunu üzə çıxarıb. Üstəlik, gənclər bu görüntüləri qürur və əyləncə ilə paylaşıblar. Hadisə ilə bağlı araşdırma başlanıb.

ABŞ-ın Corciya ştatında bir qrup orta məktəb şagirdi 19 yaşlı Trent Lehrkampı keçən ay xəstəxanada qoyub qaçıblar. Üzərini çirk, qusma və sidik basmış gəncin mədəsindən külli miqdarda araq və narkotik, həmçinin pas təmizləyicisi aşkar edilib. Sərxoş halda komaya düşən Trent dəqiqədə cəmi 6 dəfə nəfəs aldığı üçün həyatı xilas olunub. Trent ölüm ayağından qayıdarkən, hadisə baş verən gecə sosial şəbəkədə paylaşılan foto və videolar dəhşəti üzə çıxarıb. Kadrlarda yeniyetmələrin Trenti içki içməyə məcbur etdikləri və ona içki çilədikləri görünüb.

Bundan əlavə, paylaşılan fotoda 4 lisey yeniyetməsi Trenti xəstəxanaya aparmaq əvəzinə onun arxasında fəxrlə şənlənərək, poza veriblər. Fotolar üzə çıxdıqdan sonra ABŞ-ın təhlükəsizlik xidməti araşdırmaya başlayıb. Həmin gecə məkanda olan 9 gəncin şəxsiyyəti müəyyənləşib. Gənclərə məxsus ümumilikdə 11 mobil telefon müsadirə edilib. Lakin hələlik heç bir ittiham irəli sürülməyib və həbs olunmayıb.

Araşdırma nəticəsində məlum olub ki, Trent uşaqlıqdan zorakılığa məruz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2868
avatar

Oxşar yazılar