Ukrayna Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri Odessa səmasında Rusiyaya məxsus “SU-30” hərbi hərbi təyyarəsini vurub.
Lent.az xəbər verir ki, bu barədə Milli Müqavimət ictimai qərargahının sözçüsü Sergey Bratçuk məlumat verib.
“Pivden” Əməliyyat Komandanlığı da xəbəri təsdiqləyib.
Odessa Hərbi Administrasiyasının mətbuat xidmətindən bildirilib ki, şəhərdə son zamanlar eşidilən partlayışlar hava hücumundan müdafiə sistemlərinin səsləridir.