O, hər gün içib  AĞLAYIR  - İDDİA
17 yanvar 2023 16:38 (UTC +04:00)

O, hər gün içib AĞLAYIR - İDDİA

Şimali Koreya lideri Kim Çen In orta yaş böhranı səbəbindən spirtli içki qəbul edir.

Lent.az bildirir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Nəşrin mənbələri iddia edir ki, dövlət başçısı hər gün spirtli içki içir və mütəmadi olaraq ağlayır. Şimali koreyalı alim Çxve Cinvuk tezliklə 40 yaşı olacaq Kim Çen Inın səhhətindən narahat olduğunu bildirib: "O, çox tənhadır və təzyiq altındadır".

“Mirror” yazır ki, həkimlər və həyat yoldaşı Şimali Koreya liderinə daha tez-tez idmanla məşğul olmağı tövsiyə ediblər, lakin o, bu tövsiyələrə məhəl qoymur. Onun artıq çəkisi var və çox siqaret çəkir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2136
avatar

Oxşar yazılar