Netanyahunun Azərbaycana səfəri təxirə salındı
03 may 2025 21:36 (UTC +04:00)

Netanyahunun Azərbaycana səfəri təxirə salındı

İsrailin Baş naziri Benyamin Netanyahunun bu ilin 7-11 may tarixlərində Azərbaycana planlaşdırılan səfərini bölgədəki son hadisələrlə əlaqədar təxirə salıb.

Lent.az "The Times of Israel" saytına istinadən xəbər verir ki, bu barədə İsrail hökümətinin mətbuat xidməti məlumat yayıb.

“Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi nəzərə alınaraq, Baş nazir Netanyahu Azərbaycana nəzərdə tutulan səfərini daha sonrakı tarixə keçirmək qərarına gəlib,” – deyə açıqlamada bildirilir.

Baş nazir Prezident İlham Əliyevə dəvətinə görə təşəkkür edib və iki ölkə arasında mövcud olan səmimi münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1154

Oxşar yazılar